AvropaDünyaXƏBƏRLƏR

Ukrayna AB ilə ticarət əməkdaşlığı sazişini imzalamağa şərt qoydu

Ukrayna baş naziri Nikolay Azarov bu ölkə ilə Avropa Birliyi arasında ticarət əməkdaşlığı assosiativ sazişin imzalanmasının şərtini Kiyev üçün bu sazişdə faydalı şərtlərin təyin olunması adlandırıb.

Azarov şənbə günü Ukraynanın İnter telekanalı ilə müsahibədə bildirib ki, Ukrayna Avropa Birliyi ilə ticarət əməkdaşlığı və assosiativ sazişi, bu sazişin maddələrinin bu ölkənin xeyrinə olacağı halda imzalayacaq.

Ukrayna prezidentinin Avropa Birliyi ilə ticarət əməkdaşlığı və assosiativ sazişi imzalamaqdan imtina etməsi bu ölkənin müxtəlif şəhərləri, əsasən paytaxt Kiyevdə irimiqyaslı küçə etirazlarının yaranmasına səbəb oldu.

Avropa və ABŞ rəsmiləri də bu müddətdə dəfələrlə Ukrayna prezidentinin bu qərarını tənqid edərək onu Rusiyanın təzyiqi adlandırıblar. Hökumət tərəfdarları da Avropa və qərbi bu ölkə hökumətinə qarşı etirazçıları təhrik etməkdə suçlayırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu