Livan Parlamentindəki Hizbullah Fraksiyası bir bəyanat yayaraq, Amerikanın Suriyaya qarşı təcavüzkarlığının mütəşəkkil terrorizmin bariz nümunəsi olduğunu bildirdi.
Livan Parlamentində Hizbullaha bağlı olan Müqavimətə Vəfadarlıq Fraksiyası bir bəyanat yayaraq, Amerikanın Suriyaya qarşı istənilən təcavüzkarlığını rədd edərək, bu təcavüzkarlığın regional və beynəlxalq sülh və təhlükəsizliyin aşkar formada hədələnməsi olduğunu bildirdi.