İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ötən gün günortadan sonra bir müraciətdə İslam İnqilabının səmimi yarlarından olan Mahmud Murtəzayifərin vəfatı ilə bağlı başsağlığı veriblər.
İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin mətni belədir:
Bismillahir-rəhmanir-rəhim
İnqilabın səmimi yarlarından və Tehranın cümə namazının vəfalı xidmətçilərindən olan cənab Hacı Mahmud Murtəzayifərin vəfatı ilə bağlı yaxınlarına və dostlarına başsağlığı verir və ilahi rəhmət və bağışlanmağı onun üçün diləyirəm.
Seyid Əli Xamenei
22 ordibehişt 1392
12 may 2013