Misir prezidenti Məhəmməd Mursinin tərəfdar və müxaliflərindən minlərlə nəfər Qahirədə aksiyalar keçiriblər.
sələfi siyasi fəallar və Misirin İxvanul-Müslimin hərəkatına yaxın bəzi islamçı qruplar aksiya keçirərək bu ölkə prezidentinin qərarlarını dəstəkləyiblər.
Bu aksiya Qahirə şəhərində Rabi əl-Ədviyyə məscidi qarşısında keçirilib və aksiya iştirakçıları Misirdə şəri qanunların icra olunmasını istəyiblər.
Digər tərəfdən Mursi hökumətinin müxalifləri də Müdafiə Nazirliyi qarşısında etiraz xarakterli aksiya keçirib və prezident və onun son qərarlarına qarşı şüarlar səsləndiriblər.
Misirdə etirazların yeni mərhələsi valilərin dəyişilməsindən sonra başlanıb. Hökumətə müxaliflər bildirirlər ki, Mursi bir çox sələfi və İxvanul-Müsliminin şəxslərin önəmli vəzifələrə təyin edib.
Belə bir halda gələn günlər ərzində minlərlə misirli bu ölkədə prezident seçkilərinin keçirilməsinin 1-ci ildönümündə hökumətə qarşı aksiya keçirərək Ali Məhkəmədən növbədənkənar seçkilər keçirməsini istəyəcək.