Suriyada təhlükəsizlik və dövlət qərargahlarının boşaldılması xəbəri təkzib olunub

Suriya bu ölkə ordusunun baş qərargahının təhlükəsizlik və komandanlıq mərkəzlərinin boşaldılması xəbərini təkzib edib.

Ərəb qaynaqlarının məlumatlarına görə, suriyalı rəsmilər bəzi qərəzli medialar tərəfindən Dəməşq şəhərində yerləşən Suriya ordusu baş qərargahının təhlükəsizlik və komandanlıq mərkəzləri və ordunun dəniz qüvvələri qərargahının boşaldılmasına dair xəbərləri təkzib ediblər.

Ancaq Suriyadakı döyüşlərə gəlincə, Suriya ordusunun bölmələri ilə müxalif qrupların ünsürləri arasında Dəməşq Beynəlxalq Hava Limanına gedən şose yolunda döyüşün getməsi barədə xəbərlər daxil olur.

↑
Mobil sürümden çık