Suriyada terror qruplaşmalarının törətdikləri aktlar nəticəsində 11 nəfər həlak olub.
Rusiya əl-Youm xəbər portalının məlumatına görə, bir terror qruplaşması Homsun ətrafında Təlkəlxdə əl-Bürc məntəqəsinə hücum edərək əksəriyyəti qadın və uşaq olan 10 nəfəri qətlə yetiriblər.
Bu məntəqə sakinlərinin bildirdiyinə görə, terrorçular vətəndaşların mənzillərinə soxulur və onları kütləvi şəkildə qırğın edərək mənzilləri qarət edirlər.
Ötən gün də Suriya paytaxtı Dəməşqin Filat Şərqiyyə məntəqəsində avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində 1 nəfər həlak olub.
Bu partlayış bir çox xarici diplomatın olduğu məhəllədə baş verib.
Terrorçu qruplaşmalar 2011-ci il mart ayından əcnəbilərin himayəsi ilə Bəşşar Əsəd hökumətini devirmək və bölgədə müqavimət mehvərini zəiflətmək məqsədilə Suriyanın bəzi şəhərlərini de-stabil vəziyyətlə üzləşdiriblər.