AsyaDünyaİranXƏBƏRLƏR

İraq hökuməti Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilini çağırtırdı

İraq hökuməti bazar günü Türkiyənin bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdıraraq, rəsmi Bağdadın icazəsi olmadan İraq Kürdüstanından Türkiyəyə neft ixrac edilməsi məsələsinə öz etirazını bildirib.

İraq baş nazirinin müavini və İraq hökumətinin energetika məsələləri üzrə məsul şəxsi Hüseyn Şəhrestani Ave Cilanı çağırtdıraraq, rəsmi Bağdadın yaranmış vəziyyətlə bağlı etirazını onun diqqətinə çatdırıb və bu məsələnin Türkiyə dövlətinin diqqətinə çatdırılmasını istəyib və bildirib ki, bu məsələ İraq qanunlarının pozulması mənasındadır.
İraq hökumətinin bu etirazı İraq Kürdüstanının yerli rəsmilərinin ötən həftə ilk neft yükünün Türkiyənin Ceyhan limanına ixrac edilməsindən xəbər vermələrinin ardınca gəlib.
Şəhrestani Cilan ilə görüşünün ardınca deyib: İraq öz sərhədlərindən icazəsi olmadan ölkə xaricinə neft ixrac edilməsini ölkə konstitusiyasının aşkar formada pozulması bilir.
Şəhrestani xəbərdarlıq edibki, İraq hökuməti bu qanun pozuntusuna görə Türkiyənin məsuliyyət daşıdığına inanır və buna görə də Türkiyədən kompensasiyanın tələb edilməsini öz qanuni haqqı bilir.
İraq Kürdüstanı ötən həftə ilk neft yükünü İraq Kürdüstanını Türkiyənin Ceyhan limanına qovuşduran boru kəməri vasitəsilə ilk neft yükünün ixracatına başlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu