Rusiya Suriyada terrorizmlə mübarizə barəsindəki qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün bildirib: Moskva Suriyada terrorizmlə mübarizə və humanitar yardımlarla əlaqədar qətnamənin ilkin mətnini BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Lavrov öz misirli həmkarı ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib: Suriyada terrorizm insan böhranından kiçik problem deyildir və Suriya və qonşu ölkələrin xalqlarının əzab-əziyyətinə səbəb olur.
Moskva bundan öncə də bildirmişdi ki, Suriyada humanitar yardımların göstərilməsi barəsində qərb-ərəb qətnaməsinin mövcud ilkin mətnini rədd edəcəkdir.