Hucr İbn Üdəy şəxsən Hz.Məhəmməd Mustafa(s.ə.s)-i ziyarət və o Həzrətin hüzurunda İslam dinini qəbul edən və İslam Peyğəmbərinin kənarında İslam yolunda mübarizə aparan görkəmli səhabələrdən biridir.
Hucr İbn Üdəy Əmirəlmöminin Əli İbn Əbi-Talib(ə)-ın xilafəti dövründə də Siffin müharibəsində Kindi qəbiləsinin başçısı ünvanında böyük şücaətlər göstərib.
Nəhrivan savaşında da Xəvaric əleyhinə cihadda İmam Əli(ə)-ın qoşununun sol cinahına komandanlıq edib. Hucr İbn Üdəyhəmçinin İmam Həsən(ə)-ın sadiq tərəfdaşlarından olub.
Sünni mənbələrində deyilir ki, Hucr İbn Üdəy İslam Peyğəmbərinin tanınmış səhabələrindən olub. Səhabələr Hz.Məhəmməd(s.ə.s)-i şəxsən görmüş, ziyarət etmiş və kənarında İslam yolunda mübarizə aparmış şəxslərdirlər.
Buna görə də, hətta sünnilərin baxışında səhabələrə hörmətsizlik etmək böyük günahlardan sayılır.
Zəhəbi, İbn Əsir və digər tanınmış islam tarixçilərinin kitablarında, habelə İbn Səədin Təbəqat, Əsəd-ül-Ğabə, Əsabə, İstiab, Müstədrək, İbn Kəsirin Tarix, Zəhəbinin İslam Tarixi kitablarında Hucr İbn Üdəyböyük səhabələrdən zikr olunub. Yəni, Hücr İbn Ədinin səhabə olması tamamilə aşkar bir məsələdir.
Hücr İbn Üdəyin şəhadəti
Muaviyyə İbn Əbu Süfyan İmam Əli(ə)-ın xilafəti dövründə ona qarşı çıxan bəzi səhabələri, o cümlədən Hucr İbn Üdəyi qətlə yetirir. Bəziləri isə belə rəvayət edirlər ki, İmam Həsən(ə)-ın şəhid edilməsindən sonra Muaviyyənin əlaltıları onun göstərişi əsasında şiələrə, xüsusilə də Kufə şiələrinə qarşı təzyiqləri artırır və bəzi tanınmış simaları mənasız və puç ittihamlarla qətlə yetirirlər. Onlardan biri də Hücr İbn Ədidir.
Hucr İbn Üdəy sünni və şiə mənbələrində
Sünnilər səhabə olduğu üçün onu hörmətə layiq hesab edir, onu Hücr-ül-Xeyr(Xeyirxah Hücr) ləqəbi ilə yad edirlər.
İbn Əsir yazır: “ O, Hücr-ül-Xeyr ləqəbi ilə məşhurdur…
Şiələr isə Hucr İbn Üdəyi İmam Əli(ə)-ın kənarında mübarizə apardığı və Muaviyyəyə qarşı müharibədə iştirak etdiyi üçün hörmətə layiq hesab edirlər.
Hucr İbn Üdəyin şəhadətinin təsirləri
Hucr İbn Üdəyin şəhid edilməsi xalqın əhval-ruhiyyəsində böyük təsir buraxmış və Əməvilər sülaləsinə qarşı böyük nifrətə səbəb oldu.
Onun ölümü o qədər təsirli olmuşdu ki, Hz.Məhəmməd Mustafa(s.ə.s)-ın həyat yoldaşı və Əbu-Bəkrin qızı- Aişə Həcc mərasimi zamanı Muaviyyə ilə görüşərək, ona belə demişdi: Nə üçün Hücr və onun yoldaşlarını qətlə yetirdin? Nə üçün təmkinli davrana bilmədin? Allahın Rəsulundan eşitmişdim ki, buyurmuşdu: “Mərc Əcrada elə insanlar öldürüləcəklər ki, mələklər onların ölümündən qəzəblənəcəklər”.
Muaviyyə isə özünü təmizə çıxarmaq üçün dolayısı ilə özü və ətrafındakı insanların nadanlığını etiraf etmiş və demişdi: O zaman yanımda məni bu əməldən çəkindirəcək aqil və işbilən bir kəs yox idi”.
Muaviyyə ölüm yatağında olanda da bu yanlış hərəkətinə görə qarşıda onu əzablı günlərin gözlədiyini etiraf edərək, belə demişdi: “ Ey Hücr! Sənə görə qiyamət günü məni uzun bir gün gözləyir”.
Hucr İbn Üdəyin məzarının dağıdılması
2 May 2013-cü il tarixində Suriyada davam edən gərginliklərin davamında Hucr İbn Üdəyin Dəməşqin ətrafında yerləşən məqbərəsi hökumət ilə müxalif olan və ifratçı vəhhabilərdən ibarət terrorçu Cibhət-un-Nusrə adlı dəstənin üzvləri tərəfindən dağıdıldı. ABŞ və sionist İsrail rejimindən asılı bu terrorçular Hücr İbn Ədinin məzarını açaraq, onun dəfn olunduğu zamanda olduğu kimi tamamilə sağlam qalmış cəsədini naməlum məkana köçürüblər.
Dəfn olunduğu məkan
Vəhhabilər iddia edirlər ki, Hucr İbn Üdəyin cənazəsini onun qəbrini açdıqdan sonra İslam qaydaları əsasında dəfn ediblər. Amma onun dəfn olunduğu yeni məkan naməlum olaraq qalmaqdadır.