Vəhhabi təbliğatçılar fitnəkar məqsədli bir fitva verərək, bu ölkədə azlıqlarla əlaqənin kəsilməsi və onların əmlak və ərazilərinin qəsb olunmasını istəyiblər.
Otuz dörd vəhhabi təbliğatçı Suriyanın Rifi-Dəməşq vilayətinin mərkəzi sayılan Duma şəhərinin din alimləri adı altında bir fitva verərək, bu vilayətin sakinlərinə icazə verib ki, xristianlar, ələvilər, dəruzilər və digər azlıqların əmlak və maliyyələrini qəsb etsinlər. Bu vəhhabilər vurğulayıblar ki, suriyalı azlıqların müxalif qruplara kömək etməmələrinə görə, bu vilayətin sakinləri özlərinin bu azlıqlarla hər cür əlaqələrini kəsməlidirlər.
Bu fitvada deyilir:
– Xristianlar, ələvilər, dəruzilər və ənənəni izləməyən digərlərinin bütün əmlakları müsadirə ediləcək və bu əmlakların satışından əldə olunan pullar silah alqısı, yoxsullar, yetimlər, şəhid ailələri və dul qadınların ehtiyaclarının təmininə xərclənəcəkdir.
– Rifi-Dəməşqin azlıqları ilə hər cür əlaqə və anlaşma qadağandır, zira onlar müxalifləri himayə etməyiblər və onlara hakim kəsilmiş qorxu onları müxaliflərə kömək etməkdən çəkindiribdir.
