
Təhqiqat və Vaksin Müəssisəsinin rəhbəri ilk dəfə olaraq bu müəssisə tərəfindən Qamboro vaksini istehsal edildiyini bildirib.
Səhər kanalı internet portalının məlumatına görə, İrəc Xəlili Qamboro xəstəliyini quşlar arasında ən ciddi və Quş QİÇS-i adı ilə tanınan xəstəlik adlandırıb və deyib: Hər il 1.5-2 milyard doza Qamboro vaksini ölkəyə idxal olunur.
İ.Xəlil artıq bir neçə ildir ki, Razi Müəssisəsinin bu vaksinin istehsalı elminə yiyələnmək üzrə səylər həyata keçirdiyinə işarə edərək, deyib: Bundan öncə Qamboro vaksini texnologiyası yalnız Fransa, Hollandiya, Almaniya və Amerikanın inhisarında idi.
İ.Xəlil Qamboro virusunun çox təhlükəli olduğunu və quşların immun sistemini sıradan çıxardaraq, müxtəlif xəstəliklərə yoluxmasına yol açdığına işar edərək, deyib: Bu virus son dərəcə mürəkkəb olsa da, bacarıqlı mütəxəssislərimiz ona qarşı vaksin hazırlamağa nail olublar və bu vaksinin istehsal xəttinin istifadəyə verilməsi ilə İran bu növ vaksinin idxalına ehtiyac duymayacaq.