İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Suriyada Livan Hizbullahına bənzər xalq müqavimətinin formalaşdığını bəyan edərək deyib: ABŞ və İngiltərənin imperializmi müqavimət qarşısındakı məğlubiyyəti Suriyada təkrarlayanların sözləridir.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, ordu generalı Seyid Həsən Firuzabadi Suriya məsələləri barəsində verdiyi açıqlamada əlavə edib: Bu ölkədə şirk, imperializm və ifratçı vəhhabilər qarşısında müqavimətin qələbəsi olmuş, eləcə də Suriyanın sayıq xalqının şücaətli dəstəyi və müqaviməti yaranmışdır.
“Suriyada Livan Hizbullahına bənzər xalq müqaviməti formalaşıb və xalq da təkfirçi terroristlərdən təmizlənən bölgələrdə xəlqi səfərbərliyi müşahidə edir” –deyə Firuzabadi bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Suriyadakı müharibənin sona çatdığını və Suriyaya qarşı imperialist mövqelərə yenidən baxılmasına imkan olmadığını bildirərək deyib: Buna görə yaxşı olar ki, bu düşmənlər Suriya məsələlərində bundan artıq müdaxilə etməsinlər.