SuriyaXƏBƏRLƏR

Suriyadakı fitnənin biraşa ziyanı Azərbaycan Respublikasına dəyir.

Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonunda Suriyadan gəlmiş erməni ailələri üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binalarının və fərdi evlərin tikintisinə başlanılıb.
Separatçı rejimin Laçın rayonu üzrə “icra başçısı” David Davtyan bildirib ki, ilk mənzilləri artıq bu ilin aprelin ortalarında sakinlərə təhvil verməyi planlaşdırılır.
David Davtyan əlavə edib ki, hazırda Laçın rayonunda Suriyadan qaçqın düşmüş 105 nəfərdən ibarət 29 erməni ailəsi məskunlaşıb. Onun sözlərinə görə, mənzillər tikilənədək Suriyadan gəlmiş ailələr müvəqqəti olaraq Laçın şəhərindəki yataqxanada yerləşdirilib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov fevral ayında açıqlamasında qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır!!
Araz Əzimov deyib : “İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar!”
Qeyd edək ki, Suriya erməniləri Türkiyə vasitəsi ilə  Azərbaycan Respublikasının işqal olunmuş ərazilərinə daşınıb məskunlaşdırılırlar. Bir neçə ay bundan əvvəldə  rəsmi Bakının  qərbin və Türkiyə hökumətinin himayəsi ilə Suriya hakimiyyətinə qarşı vuruşan terrorçu quruplara pul ayırdığı bildirilmişdir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu