Suriyadakı prezident seçkiləri ölkənin daxili məsələsidir

Suriya Müxalif Milliyyətçi Sosialist Partiyasının sədri, Bəşər Əsədin prezident seçkilərinə namizədliyini dəstəklədi.

Suriya Müxalif Milliyyətçi Sosialist Partiyasının sədri Əli Heydər Çərşənbə axşamı günü Şamda təşkil etdiyi mətbuat konfransında etdiyi şərhdə, Bəşər Əsədin bir Suriya vətəndaşı olaraq Prezident seçkilərinə qatılma haqqının olduğunu ifadə etdi.

Əli Heydər ayrıca, Suriyada kimin prezidentliyə namizəd olub, olmayacağına xarici ölkələrin müdaxilə haqqının olmadığını, çünki bu mövzunun tamamilə bir daxili məsələ olduğu və yalnız Suriya xalqını maraqlandırdığını açıqladı.

Suriya Milliyyətçi Sosialist Partiyasının sədri Konstitusiya seçkilər mövzusundakı fikir ayrılıqları və tutum fərqliliyindən ötəri Partiyasının Dəyişmə və Qurtuluş cəbhəsinə çəkildiyini ifadə etdi.

Bilindiyi kimi Suriyada Prezident seçkiləri önümüzdəki İyun ayında keçiriləcək.

↑
Exit mobile version