Suriyada yerləşmiş silahlı terrorçu qruplar üçün silah və sursat daşıyan iri amerikan gəmilərdən biri və minlərlə konteynerə malik olan “Melkom Ford” gəmisi Hind Okeanında və Yəmən sahilləri yaxınlığında məhv olub.
Suriya telekanalı bu iri amerikan gəminin dağılması barədə olan təsviri yayaraq, xəbər verib ki, bu böyük gəmi Suriyadakı kafir qruplar üçün silah daşıyırmış, bu da Vaşinqtonun Suriyadakı terrorçuları himayə sahəsindəki çirkin rolunu göstərir.
Rusiyanın “Porting News” internet portalı da bildirib ki, dağılmış amerikan gəmi ABŞ ordusunun Sinqapurdakı cəbbəxanalarından silah və sursatlara malik təqribən dörd min beş yüz konteyneri yükləyərək, İordaniyanın Əqəbə limanına doğru hərəkət edirmiş ki, oradan da Suriya-İordaniya sərhədi vasitəsi ilə silah və sursatları Amerika Mərkəzi Kəşfiyyat Agentliyi- CIA-nın nəzarəti altda olan Suriyadakı terrorçu qruplara ötürsün.