İran İslam Respublikası müdafiə naziri İranın gələn üç il ərzində milli və müstəqil mövqeyi müəyyənləşdirən və transport sistemə malik ölkələrə qoşulacağını bildirib.
General-mayor Hüseyn Dehqan bu gün bazar günü Malik Əştər Sənaye Universitetində yer stansiyalı mövqeyi müəyyənləşdirən milli sistemin ilk layihəsinin təqdimat mərasimində deyib: Mövqeni bildirən sistem hava, quru və dənizdə hərbi əməliyyatların əsas sütunlarından biri hesab olunur.
Mövqeyi müəyyənləşdirən sistemin funksiyasını açıqlayan general Dehqan söyləyib: Yer stansiyalı mövqeyi müəyyənləşdirən sistemin iş prosesində yerdə yerləşdirilmiş radio-ötürücü stansiyalar vasitəsi ilə mövqeyi müəyyənləşdirən sistemin siqnalları yayımlanır və istifadəçilər radio-siqnallarını almaqla öz mövqelərini münasib diqqətlə müəyyənləşdirirlər.
“İranın müxtəlif bölgələrində neçə meqavatlıq çox güclü ötürücülərdən olan milli sistemin quraşdırılması və istifadəyə verilməsi ilə milli və regional dəstək təşkil olacaq. Beləliklə İran gələn 3 il ərzində milli və müstəqil mövqeyi müəyyənləşdirən və transport sisteminə malik olacaqdır” –deyə İranın müdafiə naziri bildirib.