DünyaXƏBƏRLƏR

İranda Yaxın və Orta-Şərqin ən böyük benzin istehsalı kompleksi

İranda Yaxın və Orta-Şərqin ən böyük benzin istehsalı kompleksi rəsmən istifadəyə verildi

İranın Ərak şəhərində yerləşən Şazənd Neft Ayırma Zavodunda İran İslam Respublikası prezidentinin iştirakı ilə İran habelə Yaxın və Orta-Şərq məntəqəsinin benzin istehsal edən ən böyük layihəsinin açılış mərasimi keçirilib.

Bu nəhəng layihənin istifadəyə verilməsi ilə Ərak-ın Şazənd Neft Ayırma Zavodunda gündəlik olaraq, istehsal edilən benzinin miqdarı 8 milyon litrdən 16 milyon litrə qədər artacaqdır. Həmçinin bu neft ayırma zavodunda istehsal edilən dizel yanacağı 8 milyon litrdən 12 milyon litrə qədər artacaqdır.

 

Ərak-ın Şazənd Neft Ayırma Zavodunda Genişləndirmə Layihəsində istehsal edilən benzin Avro-4 və Avro-5 standartlarına uyğun olacaqdır. Bu zavodun məsul şəxslərinin bildirdiklərinə əsasən Şazənd Neft Ayırma Zavodunda istehsal edilən benzin ekologiya tullantıları olmadan mazutdan əldə ediləcəkdir.

Həmçinin bu gün İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə bu zavodda kükürdün təmizlənmə bölməsi istifadəyə verildi ki, bu bölmədə bərk kükürdün toz və xristal qablaşdırmadakı istehsalı gündəlik olaraq 50 tondan 600 tona qədər artacaqdır.

 

Xam neft ayırması miqdarının gündəlik olaraq 170 min bareldən 250 minə qədər artırılması Şazəndin İmam Xomeyni(rə) Neft Ayırma Zavodunun Genişləndirilməsi Layihəsinin digər xüsusiyyətlərindəndir.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu