BəhreynXƏBƏRLƏR

Bəhreyn polisi hüseynçi əzadarlardan bir qrupunu həbs edib

Bəhreynin təhlükəsizlik qüvvələri çərşənbə axşamı gecə ( 8 məhərrəm) bu ölkədə Həzrət İmam Hüseyn (ə)-a əzadarlıq edən vətəndaşlardan 10 nəfərini həbs ediblər.
Bəhreynin Əl-Lövlöv xəbər agentliyi bir məlumatda Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin bu hücumuna işarə edərək yazıb : Polis tasua gecəsi bu ölkənin müxtəlif məntəqələrində Həzrət İmam Hüseyn (ə)-a əzadarlıq edən insanların üstünə hücum edib və əzadarlardan 10 nəfərini həbs edib. Həbs olunan əzadarlardan 4 nəfərinin qadın olduğu bildirilib.
Bu əsnada , Bəhreynin Milli Əl-Vifaq Cəmiyyəti məhərrəm ayı günlərində əzadarlıq mərasimlərinin təşkilinə Ali-Xəlifə rejimi tərəfindən törədilən maneələrə o cümlədən, bu haqda siyasi məhbuslara qoyulan məhdudiyyətlərə işarə edərək bildirib : Belə bir addım tayfalararası fitnə və qarşıdurma yaratmaq məqsədilə atıldığı üçün məhbəslər qanunu ilə ziddir.
Bəhreyn polisi bu ölkənin müxtəlif məntəqələrində hüseynçi əzadarlıq mərasimlərinin təşkilinə maneçilik törətmək üçün əzadarları hücuma məruz edir. Bununla yanaşı əzadarların üstünə gözyaşardıcı qazdan istifadə edir. Polisin bu addımı nəticəsində indiyədək bir neçə qadın uşaq və ahıl adamın tənəffüs orqanında ciddi problem yaranıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu