İslam Əməkdaşlıq Təşkilatı əl-Əqsa məscidinin sionistlər tərəfindən yandırılmasının 44-cü ildönümü münasibətilə bir bəyana yayaraq, dünya ictimaiyyətindən İsraili, işğalçıların işğal edilmiş ölkənin dini-müqəddəs məkanlarına hörmət etməli olması ilə bağlı beynəlxalq qanunlara riayət etməyə məcbur etmələrini istəyib.
Bu bəyanatda deyilir: İsrail rejimi işğal altında olan Fələstinin müqəddəs və dini məkanlarına qarşı təcavüz, hörmətsizlik və təxribatçılıq hərəkətlərini hələ də davam etdirir.
İƏT ifratçı sionistlərin əl-Əqsa məscidini dağıdaraq, yerində məbəd inşa etmək üzrə cəhdlərinin artdığına işarə edərək, İsrail rejiminin Qüdsdə irqi təmizləmə aparmasını pisləyib və bildirib: Bu rejim var gücü ilə çalışır ki, Qüds sakinlərini şəhərdən çıxartsın və bu şəhəri tamamilə işğal etsin. Bu isə beynəlxalq qanunların kobud formada pozulması deməkdir.
İƏT-in bəyanatında həmçinin, dini məkanlara qarşı zorakılıqları qadağan edən Cenevrə Konvensiyasına işarə edilib və bildirilib: Bu konvensiya Qüds sakinlərinin dini məkanlarda azad şəkildə ibadət etmələrini təmin edir və işğalçı tərəfə müqəddəs məkanlara toxunmaq icazəsi vermir.