DünyaSuriyaXƏBƏRLƏR

Suriyalı mühacirlərin sayı bir milyon nəfərə çatır

BMT xəbərdarlıq edib ki, əgər Suriyadakı çaxnaşmalar bitməzsə, Türkiyədəki suriyalı mühacirlərin sayı bir milyon nəfərə çatacaq.

BMT-də Mühacirlərin İşləri üzrə Baş Komissarlığın nümayəndəsi- Karol Beçler bir bəyanatda bildirib ki, əgər məsələlər əvvəlki kimi davam edərsə, ola bilər, Türkiyəyə bir milyon suriyalı mühacir getsin.

Bəyanatda əlavə edilir: Gözlənilir ki, 2013-cü ilin sonunadək suriyalı mühacirlərin ümumi sayı 3,5 milyon nəfərə çatsın.
Türkiyə dövlətinin rəsmi statistikası göstərir ki, Türkiyədə yarım milyondan yuxarı suriyalı mühacir var.

Livan, İordaniya, Türkiyə, İraq və Misirdə 1,6 milyondan yuxarı suriyalı mühacir sığınacaq alıb.

BMT-nin statistikası göstərir ki, ötən iki ildə öz ölkəsində çaxnaşmaların başlanmasından bəri dörd milyondan yuxarı suriyalı didərgin düşüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu