DünyaİraqXƏBƏRLƏR

Ayətullah Sistaninin nümayəndəsi ölkədə vəziyyətin yenidən gərginləşməsi haqda xəbərdarlıq edib

İraq şiələrinin ali təqlid mərcələrindən olan Ayətullah Sistaninin nümayəndəsi ölkədə gərginlik və səbatsızlığın genişlənməsi habelə, ölkənin təhlükəli bir uçuruma sürüklənməsi haqda xəbərdarlıq edib.

Əhməd əl-Safi Kərbəla şəhərində İmam Hüseyn(ə)-ın pak məqbərəsində minlərlə namaz qılan qarşısında deyib: Doğru olan baxışların bir araya gəlməsi lazımdır ki, ölkənin təhlükəli bir uçuruma sürüklənməsinin qarşısı alınsın. Və belə bir vəziyyətdə İraq Parlamenti də öz məsuliyyətinə əməl etməli və vəziyyətə nəzarəti ələ almalıdır. Çünki, xalqın nümayəndəsi ölkəni bürüməkdə olan böhranı həll etməlidir.
Əhməd Safi əlavə edib: Küçələrdə, çayxanalarda, hüseyniyələrdə, məscidlərdə və ya istənilən yerdə sivil insanlar və ya hərbçilərin axıdılan hər damla pak qanına görə bu çirkin əməllərin törədənlər məsuliyyət daşıyır və onlar qınaq obyektidirlər.
Safi daha sonra deyib: Mütəfəkkirlər hazırkı həssas və təhlükəli şəraitdə ölkədə cərəyan edən hadisələr qarşısında daşıdıqları məsuliyyətə əməl etməlidirlər.
Ayətullah Sistaninin nümayəndəsi sonda bir daha İraqın böhrana və gərginliyə sürüklənməsi haqda xəbərdarlıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu