Suriyanın sabiq naziri deyib: Dəməşqi Türkiyənin Reyhanlı şəhərindəki partlayışda əlinin olması ilə ittiham etmək rəsmi Ankaranın Suriyaya təzyiq və hücuma zəmin yaratmaq üçün müxtəlif hadisələrdən siyasi vasitə kimi istifadə etməsinin göstəricisidir.
Mehdi Dəxlullah ötən gecə əl-Aləmlə müsahibədə Livanın sabiq baş naziri Rəfiq Həririnin terroru məsələsi və dərhal bu hadisədə Dəməşqin ittiham olunmasına toxunaraq deyib: 8 ildən sonra bəlli oldu ki, Suriyanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur və Dəməşq tərəfindən belə hərəkətlərin ümumiyyətlə keçmişi olmayıb.
“Onlar çalışırlar ki, bu partlayışdan istifadə etməklə Türkiyə hökumətini Dəməşqlə həqiqi qarşılaşma səhnəsinə daxil etsinlər. Bu məsələ Suriya quruluşuna təzyiq tətbiq etmək və onların xeyrinə olacaqdır. Buna görə rəsmi Ankara partlayışdan sonra ilk dəqiqələrdə çalışdı ki, izlərin hamısını məhv etsin və bu məsələdən Suriyanın zərərinə faydalansın.
Suriya sabiq naziri deyib: Terrorizm bütün sərhədləri keçib və bu barədə Suriya daim xəbərdarlıq etmişdir.
