Ümumdünya Fəhlə günü ilə bir vaxtda yüzlərlə BMT işçisi Nyu-Yorkda bu təşkilatın iqamətgahı qarşısında aksiya keçirərək, Ban Ki Munun daxili müdiriyyəti, əmək ayrı-seçkiliyi və vədlərinə xilaf çıxmasına etiraz edib.
Çərşənbə günü BMT-nin mindən yuxarı işçisinin iştirakı ilə keçirilən bu aksiyada etirazçılar əllərində plakatlar daşıyaraq, bu təşkilatdakı daxili müdiriyyətə və Ban Ki Munun işçilərin yeni binaya köçürülməsi və münasib iş şəraitinin yaradılmasına dair vədinə xilaf çıxmasına etiraz ediblər.
Etirazçıların plakatları üzərində belə yazılmışdı: Biz 2-ci dərəcəli vətəndaş deyilik və BMT işçilərinin hüquqlarına hörmət edin.
BMT işçilərinin dinc etiraz aksiyası bir saat davam edib.
Bu şəxslərin aksiyası BMT iqamətgahının təmirinin başa çatmasından sonra onlara bu 38 mərtəbəli binadakı sabiq məkanlarına qayıtmaq icazəsinin verilməməsindən sonra baş veribdir.
Etirazçılar bildirirlər ki, “Albano” binasının daxili durumu son dərəcə qeyri-münasibdir və işçilər sanitariya problemləri və zərərli həşəratlardan əziyyət çəkirlər.