Misir ordusu çevriliş müxaliflərinin oturaq aksiyasını repressiyaya məruz edib.
Misirin İxvanül-Müslimin yaxud Müsəlman Qardaşları qrupu , Qahirə şəhərində Misirin təhlükəsizlik qüvvələri tərəfindən bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Morsinin himayəçilərinin etiraz olaraq, oturaq aksiyasının repressiyaya məruz edilməsinin ardınca ən azı 2200 nəfər dünyasını dəyişib, təqribən 10 min nəfər isə yaralanıb.
Müsəlman Qardaşları bu statistikanın çərşənbə günü(14 avqust) Rabeə Xəstəxanasının məsul şəxsləri tərəfindən bildirildiyini qeyd edib.
Belə bir halda Misirin Daxili İşlər Nazirliyi də etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalar zaman 4 əsgərin həlak olduğunu iddia edib.
