AsyaAvropaİranXƏBƏRLƏR

İran və İtaliya anlaşması İranla Avropanın qarşılıqlı etimadına səbəb ola bilər

İran İslam Respublikası prezidenti İtaliyanın xarici işlər naziri ilə görüşdə deyib: İtaliya İran İslam Respublikası ilə əlaqələrdə önəmli şərik rolunu oynayıb və indiyə qədər İranın Avropa ilə anlaşma darvazası rolunu oynamışdır.

Prezident Höccətülislam Həsən Ruhani İtaliya xarici işlər naziri ilə görüşdə iki ölkənin inkişaf etməkdə olan münasibətlərinə toxunaraq deyib: İran və İtaliyanın hazırkı münasibətləri iki xalqın intizarında olan səviyyədə deyildir və İran və İtaliyanın iki hökumətinin iradəsini nəzərə alaraq münasibətlərin inkişafı üçün iki ölkədəki mövcud potensiallardan ən yaxşı formada istifadə olunmalıdır.
Bu görüşdə ikitərəfli münasibətlər, regional proseslər və beynəlxalq əməkdaşlıqlar müzakirə olunub. Həsən Ruhani iki ölkənin münasibətlərini mümkün ən yüksək səviyyəyə qaldırmaq üçün İranın hazırlığını bildirib və deyib: Münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığının bildirilməsindən şadam.
Bu görüşdə İtaliya xarici işlər naziri Ema Bonino bu ölkənin baş nazirinin Nyu-Yorkda Höccətülislam Ruhani ilə görüşünə toxunaraq bu görüşü iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və deyib: İtaliya iki ölkə münasibətləri irəlilədəcək müsbət prosesləri tam maraqla izləməyə hazırdır və iqtisadiyyat, sənaye, enerji, turizm, elmi və təhqiqat araşdırmaları sahəsində geniş əməkdaşlıqlar istiqamətində çərçivələri yaratmaqda maraqlıdır.
İtaliya xarici işlər naziri siyasət, mədəniyyət, sənaye, turizm və mədəni irslər sahəsində əməkdaşlıqların araşdırılması barəsində ikitərəfli görüşlər üçün iki ölkə arasında əldə olunan anlaşmalara toxunaraq əlavə edib: İtaliyanın mənafeyi İranla öz münasibətlərini gücləndirmək ardınca olmağı tələb edir və elə buna görə, İranın təklifinə əsasən BMT-də irəli sürülən qətnamənin təsdiqlənməsində İranın yanında olmağa üstünlük verdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu