Amerika xalqından bir qrupu antimüharibə fəallarının Barak Obamanın Suriyaya qarşı hərbi addım üzrə səyinə etiraz ilə bağlı çağırışı ilə Ağ Ev önündə aksiya keçirib.
Bu, son bir neçə gün ərzində Amerikanın Yaxın Şərqdə digər bir müharibəyə girməsinin qarşısını almaq üçün keçirilən aksiyalardan biridir.
ABŞ ordusunun İraq müharibəsində iştirak etmiş veteranları bu aksiyanın iştirakçılarından olublar və bu ölkənin prezidentindən istəyiblər ki, başqa bir nəticəsiz müharibənin başlanmasından çəkinsin.
Aksiya iştirakçılarının əllərindəki plakatlarda bu şüarlar yazılıbmış:”Konqresə deyin ki, digər bir müharibənin başlanmasına “yox!” desin!”, “İmperiya üçün sonsuz müharibələr”, “Suriyaya qarşı müharibə yalan əsasında formalaşıbdır” və ”Xalqı qıran bombalar onları xilas etməyəcək!”.
Aksiyaçılar həmçinin Amerikanın vitse-prezidenti- Con Kerrini Suriya barədə yalan söyləməkdə ittiham ediblər. Bir neçə gün bundan qabaq da Rusiyanın prezidenti- Vladimir Putin Kerrinin Senatın Xarici Əlaqələr Komitəsində “Suriyadakı qruplardan heç biri Əl-Qaidənin tabeliyində deyil” ifadəsinə reaksiyada onu yalançı adandırmışdı.