SuriyaXƏBƏRLƏR

Suriyaya hərbi hücum üçün ABŞ Konqresinin ifratçı şəxslərinin təzyiqi

ABŞ Konqresinin ifratçıları Bark Obamanin Suriyaya hücum göstərişi verməsini istəyiblər.

Suriya hökumətinə müxalif silahlı qruplaşmaların kimyəvi silahlardan istifadə etməkdə ittiham olunduqları bir halda, ABŞ Konqresində muharibə pərəst şəxslər Suriyaya hərbi hücum üçün Obama hökumətinə artıq təzyiqlər göstərir və ondan istəyirlər ki, şübhəni kənara qoyaraq tez bir zamanda Suriyanın bombardman olunmasına göstəriş versin.

Respublikaçı senator və ABŞ Senatının müdafiə komitəsinin üzvü Con Mak Keyn və ABŞ Nümayəndələr Palatasında demokrat üzvü Elyut İnql Vaşinqtonun Dəməşqə qarşı dərhal hərbi vasitədən istifadə etməsini istəyərək iddia ediblər ki, Suriya ordusu Dəməşqin ətrafında kimyəvi hücuma göstəriş verib.

Elyut İnql Barak Obamaya məktubunda Suriyada kimyəvi silahlardan istifadə barəsində qırmızı xətlə əlaqədar Obamanın öncəki sözlərinə toxunaraq Suriyaya hava hücumunun zəruriliyini qeyd edib.

Siyasi müşahidəçilərin fikrincə, Dəməşq ətrafında kimyəvi hücumlar barəsində müstəqil araşdırmanın aparılmadığı bir halda ABŞ-da militarist qrupların ittihamlar irəli sürmələri Suriyada hərbi müdaxilə üçün zəmin yaratmaq məasinda hesab olunur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu