Suriyaya qarşı hücum Amerikanın bütün regiondakı mənafelərini təhlükə ilə üzləşdirəcək

İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib:

Amerikanın Suriyaya qarşı hücumu Sionist rejimin təhlükəsizliyinin təhlükə ilə üzləşməsinə səbəb olacaq.

Müsahibəsi zamanı bu məqama toxunan Əlaəddin Burucerdi rəsmi Vaşinqtonun Suriyaya hücum üçün G20 ölkələrini razı salmaq üzrə səylərinin nəticəsiz olması haqda da deyib: Suriyaya qarşı hücum Sionist rejimin təhlükəsizliyinin xətərə düşməsi ilə bərabərdir ki, bu da rəsmi Vaşinqton üçün strateji məsələdir. Buna görə də Amerika daxilində və xaricində Suriyaya qarşı hücum haqda fikir ayrılıqları və ziddiyyətlər mövcuddur.

İranın İŞM-nin millət vəkili Amerika konqresi və senatı üzrə seçkilərə və bu seçkilərin demokratların siyasətlərinə olan təsirlərinə işarə edərək deyib: Amerikadakı ümumi fikir minlərlə dollar vergi ödəmək və amerikalı əsgərlərin öz ailələrindən uzaq olması və ABŞ-ın militarist siyasətlərindən yorulublar və Suriyaya hücum sülhsevərlik şüarları ilə hakimiyyətə gələn demokratların fəaliyyət keçmişində başqa bir mənfi nöqtə olacaqdır.

↑
Mobil sürümden çık