Suriyaya silah göndərilməsini dəstəkləyənlər günahsız insanların ölümündə şərikdirlər

İranın xarici işlər nazirinin müavini Suriyaya silah göndərilməsini himayə edən tərəflərin Suriyada günahsız insanların qırğın edilməsində məsuliyyət daşıdıqlarını bildirib.

Hüseyn Əmir Abdullahiyan deyib: Amerika və İngiltərə regionda o cümlədən Suriyada bir çox strateji səhvə yol veriblər.

Əmir Abdullahiyan Suriyanın təhlükəsizlik böhranını münasib formada arxada qoyduğunu və ölkədə az saylı məsuliyyətsiz terrorçunun qaldığını xatırladaraq deyib: bəzi xarici tərəflər bu ölkəyə silah və hərbi sursatın göndərilməsini istəməklə öz məqsədlərinə terrorçuluq yolu ilə nail olmaq istəyirlər.

↑
Mobil sürümden çık