İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Cenevrə-2 beynəlxalq iclasın proqramı, tarixi və iş gündəmi bəlli olduqdan sonra bu iclasda iştirak barəsində öz qərarını verəcəkdir.
İraqçı İRNA ilə müsahibədə Fransa prezidenti Fransua Olland kimi Rusiya xarici işlər naziri Sergey Lavrovun da İran xalqının seçdiyi prezident Həsən Ruhaninin Cenevrə-2 beynəlxalq iclasında iştirak etməsi ilə bağlı suala cavabda deyib: Tehran belə açıqlamaları müsbət qarşılayır. Lakin İranın Cenevrə iclasında iştirakı barəsində qərar, bu iclasın proqramı, tarixi və iş gündəmi aydınlaşdıqdan sonra çıxarılacaq.
İraqçı Cenevrə-2 beynəlxalq iclası barəsində müxtəlif tərəflər tərəfindən müxtəlif açıqlamaların verildiyini xatırladaraq deyib: Hələlik İranın bu iclasda iştirak etməsi barəsində rəsmi müraciət olunmayıb.