AsyaDünyaSuriyaXƏBƏRLƏR

Təkfirçilərlə terrorçular arasında toqquşmanın gizli cəhətləri; yenə baş kəsdilər

İraq və Şam İslam Dövləti adlı terrorçu qrup Suriyanın şimalındakı bir məntəqədə “Azad Ordu” ünsürlərindən onlarla nəfərin başını kəsib.

Bu qrup tərəfindən Hələb şəhərində qətlə yetirilmiş şəxslərin bir qrupunun cəsədi Hələbin Əl-Şəfa xəstəxanasında tanınıbdır.
Bu günlər Suriyanın şimalında və digər məntəqələrindəki başqa müxalif qruplarla toqquşan İraq və Şam İslam Dövləti adlı terrorçu qrup özünün ən son hərəkətində həmçinin Hələbdə müxbirlər və media sahəsində fəaliyyət göstərən şəxslərdən əlli nəfəri güllələyibdir.
Suriyanın şimalındakı döyüşlər əslində “Azad Ordu”nun imicini yaxşılaşdırmaq üzrə bir səydir və ümumi fikir yanında belə bir təsəvvür yaratmaqdır ki, “Azad Ordu” indi təkfirçilərlə döyüşür və bu qruplaşma bir daha silahlandırılmalı və bir tərəf kimi “Cenevrə-2” iclasında qəbul olunmalıdır.
“Cenevrə-2” iclası ərəfəsində Suriyanın şimalında fəaliyyət göstərən təkfirçilərlə yaraqlı vəhhabi qruplar arasında çəkişmə və döyüşlər şiddətlənibdir. Həqiqət bundan ibarətdir ki, bu qruplar Suriyadakı fəaliyyətlərinin elə əvvəlindən silaha əl atıb, qırğın və cinayət törədiblər. Deməli, İraq və Şam İslam Dövləti adlı terrorçu qrup, Ənnüsrə və “Azad Ordu” adlandırılan qruplaşma arasında heç bir fərq yoxdur və bu qruplar yalnız özlərinin təkfirçi mahiyyətlərindən qaçmaq, ərəb və beynəlxalq ümumi fikri aldatmaq üçün özlərinə aldadıcı və cəzbedici adlar seçiblər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı