Təbriz investisiyanın cəzb olunmasında 1-ci yeri tutur.

Təbriz İranın digər böyük şəhərləri arasında daxili və xarici investisiyanın cəzb olunmasında ilk yeri tutur.

Səhər telekanalı internet portalının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Təbriz Şəhəri İslam Şurasının rəhbəri Cavad Şeşgelani deyib: Təbriz şəhəri üçün gələn günəş ilində 2 trilyon 120 milyard tümən büdcə təsdiqlənib. Bu büdcə təbrizlilərə gözəl və inkişaf etmiş şəhərin müjdəsini verir və Təbrizdə böyük dəyişikliyin şahidi olmaq olar.

Şeşgelani əlavə edib: Şəhər Şurasının əsas məsələsi investisiyanın cəzb olunması prosesində sadələşdirmə, daxili və xarici investorların asan iştirakına zəmin yaratmaq və investisiya prosesinin davam etməsi istiqamətində onların etibarını qazanmaqdır.

↑
Mobil sürümden çık