DünyaXƏBƏRLƏR

Ərəbistanın baş müftisi Məkkədə müqəddəs məkanların dağıdılmasını müdafiə etdi

Səudiyyə Ərəbistanının baş müftisi-Şeyx Əbdüləziz ibn Abdullah Əl-Şeyx Məkkə şəhərində İslama aid tarixi abidə və məkanların dağıdılması üzrə Ali-Səud rejiminin hərəkətlərini müdafiə edib.

Ərəbistan krallığının ən ali dini rəsmisi son zamanlar deyib: Müqəddəs məkanların dağıdılmasının heç bir qəbahəti yoxdur.

O, həmçinin daha irəli gedərək, bu məkanların dağıdılmasını zəruri adlandırıb.

Bu ruhani əlavə edib: Ərəbistan xalqı bu dağıntılara görə hökumətə təşəkkür etməlidir. Çünki məqsəd, Məscid-ül-Həramın genişləndirilməsidir. Buna görə də bu iş caiz və qanunidir.

Ali-Səud rejimi əslində ABŞ-ın tam himayəsində olan bir rejimdir ki, İngiltərə Krallığından nümunə götürülərək, təsis edilib. İngiltərə həmçinin Ərəbistan Yarımadasında krallıqların əsasını qoyan tərəfdir.

Bəzi fəallar tərəfindən çəkilən foto-şəkillərə əsasən, Osmanlı və Abbasilər dövrünə aid bir çox tarixi bina və məkanlar Məscid-ül-Həramın genişləndirilməsi adı altında dağıdılıb. Bu məkanların dağıdılması əməliyyatını isə Bin-Ladən ailəsinə məxsus şirkətlər həyata keçirirlər.

İslam və müsəlmanların ən müqəddəs məkanı olan və Kəbənin yerləşdiyi Məscid-ül-Həram dünya müsəlmanlarının qibləsi sayılır. Məscidin dağıdılmaqda olan hissələri əslində məscidin ən qədim hissələri sayılırlar və burdakı binaların tarixi bir neçə yüz il öncəyə qayıdır. Deyilənlərə görə, dağıdılan sütunlardan biri, Hz.Peyğəmbər(s.ə.s)-in öz səmavi meracına başladığı, oradan Beyt-ül-Müqəddəsə və oradan da Ərşə merac etdiyi məkandır.

Həmçinin Osmanlı və Abbasilər dövrünə aid sütunların hər birinə Hz.Peyğəmbərin səhabələrinin adları verilib və üzərlərinə peyğəmbərin həyatı ilə bağlı mühüm anılar yazılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu