İran xarici işlər naziri bildirib: Son illərin prosesləri sübuta yetirib ki, təhdid və sanksiya funksiyası heç vaxt qarşı tərəflərin mənafe və məqsədlərinə xidmət etməyib və onun davam etməsi keçmiş yanlışlıqları təkrar etməkdir. Bu da İranın nüvə proqramının sülhməramlı prosesinə mane olmamışdır.
İRİB-in məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrə xarici işlər nazirinin əvəzedicisi Ebu Resye ilə görüşdə bildirib: Son illərin prosesləri təhdid və sanksiya siyasətinin heç vaxt qarşı tərəflərin mənafeyi və məqsədlərinə xidmət etmədiyini sübuta yetirmişdir. Bu funksiyanın davam etməsi də keçmiş səhvləri təkrar etmək olacaqdır ki, İranın nüvə proqramının sülhməramlı prosesinə mane olmamışdır.
“İran İslam Respublikası məntiqi nigaranlıqların qarşılıqlı şəkildə aradan qaldırılması üçün hazırdır” deyən iranlı nazir nüvə texnologiyasından, o cümlədən İranda zənginləşdirmədən sülhməramlı şəkildə yararlanmanı İranın təbii və prinsipial hüququ adlandırıb.
İsveçrə xarici işlər nazirinin əvəzedicisi də bu görüşdə İsveçrə ilə İran İslam Respublikası arasında ikitərəfli və neçə tərəfli əməkdaşlıqlar və münasibətlərin genişləndirilməsini vurğulayıb.
Ebu Reyse həmçinin regionda sülh və stabilliyin təmin olunması və proseslərin gedişatında İranın təsirli və önəmli roluna toxunaraq region problemlərinin həllinə köməkdə İranın konstruktiv rolunun davam etməsini istəyib.


