Təkfirçilər Suriyanın kürd sakinli məntəqələrinə vəhşicəsinə hücum ediblər

Suriya Demokratik Birlik partiyasının baş katibi bildirib: Kürdlər Fitr bayramı atəşkəsinin sona çatması və terrorçuların atəşkəsə etina etməmələrindən sonra əl-Nüsrə Cəbhəsi qruplaşmasının təkfirçi üzvləri və digər sələfi qruplaşmalar qarşısında özlərini müdafiə edirlər.

Suriya Demokratik Birlik partiyasının baş katibi Saleh Müsəlləm: Sələfi qruplaşmalar kürd sakinli kəndlərə hücum ediblər və biz də özümüzü və bölgələrimizi müdafiə etmək üçün ayağa qalxmışıq ki, sələfi qruplaşmaların vəhşicəsinə hücumlarını dəf edək.

Saleh Müsəlləm əlavə edib: Kürdlər silahlı sələfilər qarşısında dayanıblar və onları müsəlman hesab etmirlər. Çünki müsəlman belə vəhşicəsinə və faciəvi cinayətlər törətməz.

↑
Mobil sürümden çık