Təslimçi saziş müzakirələrinin 2-ci dövründən sonrakı reaksiyalar

Beytül-Müqəddəsdə fələstinli və israilli nümayəndələr arasında təslimçi saziş müzakirələrin 2-ci dövrünün nəticəsiz elan olunmasından bir saat sonra Fələstin Özünüidarə Təşkilatının sədri bildirib ki, Fələstin böhranına son qoymağın yeganə yolu Fələstin ölkəsinin təşkil olunmasıdır.

Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas cümə axşamı günü təslimçi saziş müzakirələrin 2-ci turunun başa çatması elan olunduqdan sonra BMT baş katibi Ban Ki Munla keçirdiyi birgə mətbuat konfransında deyib: Baş verən məsələ barəsində bir söz deyə bilməyəcəyimə baxmayaraq, qeyd edirəm ki, Fələstin böhranına son qoymağın yeganə yolu Fələstin amalının gerçəkləşməsi, o cümlədən Beytül-Müqəddəsin paytaxtlığı ilə müstəqil ölkənin təşkil olunmasıdır.

Abbas müzakirələrin yeni turunun nəticələri barəsində sükut edərək deyib: Müzakirələrin bu turunda fələstinli və israilli nümayəndələr sərhədlər, Beytül-Müqəddəs və qəsəbə salma kimi məsələlər barəsində danışıqlar aparıblar.

BMT baş katibi Ban Ki Mun da bu mətbuat konfransında işğal olunmuş ərazilərdə İsrailin qəsəbə salma prosesini davam etdirməsindən nigaranlıq edərək iki tərəfdən zəif sülh müzakirələrinə təsir göstərəcək istənilən addımdan çəkinmələrini istəyib.

Belə bir halda sionist rejimin müharibə nazirinin müavini Dani Danon bildirib ki, Likud partiyası Fələstin Özünüidarə Təşkilatı ilə müzakirədə bu rejimin baş müzakirəçisi Tsipi Livniyə heç vaxt İsraili İordan çayının qərb sahillərindən geri çəkilməklə nəticələnəcək razılaşmaya doğru aparması icazəsini verməyəcək.

Belə bir şəraitdə Fələstinin müxtəlif qrupları bir daha Özünüidarə Təşkilatı ilə sionist rejim arasında təslimçi saziş müzakirələrin yenidən başlanmasına qarşı olduqlarını bir daha vurğulayıblar.

Həmas, İslami cihad və Fələstin uğrunda xalq Cəbhəsi qrupları ayrı-ayrı bəyanatlar verərək bildiriblər ki, Fələstin Özünüidarə təşkilatının sədri Mahmud Abbasın hərəkətləri Fələstin xalqına aid qərarların seçilməsində inhisarçılığı tələb etmək mənasındadır.

Beytül-Müqəddəsin qərbində keçirilən Fələstin Özünüidarə Təşkilatı ilə sionist rejim nümayəndələri arasındakı təslimçi saziş müzakirələrinin 2-ci turu ötən gün 5 saatlıq danışıqlardan sonra nəticəsiz sona çatıb.

Fələstinlə sionist rejim arasında müzakirələrin ilk turu ötən ay danışıqların çərçivəsinin təyin olunması məqsədilə Vaşinqtonda keçirildi və bu müzakirələrin 3-cü turu da iordan çayının qərb sahillərində Ramullah və yaxud Əriha şəhərində keçirilməlidir.

Təslimçi saziş müzakirələri 3 il təxirə düşdükdən sonra ABŞ-ın təzyiqi və bu ölkənin dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə başlanıb. Özünüidarə Təşkilatı ABŞ-ın təzyiqləri altında müzakirələrə daxil olmaq üçün bütün şərtlərinə göz yumub və müzakirə masası arxasına oturub.

Bundan öncə isə, İordan çayının qərb sahilləri və Şərqi Qüdsdə qəsəbə salma prosesinin dayandırılması Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın müzakirələrə daxil olması üçün əsas şərtlərdən biri kimi elan olunmuşdu.

↑
Mobil sürümden çık