İranXƏBƏRLƏR

“Təxminən 18 min sentrifuqa fəaliyyətdədir”

İranın Atom Enerjisi Təşkilatının sabiq sədri İranın nüvə obyektlərində təxminən 18 min sentrifuqanın fəaliyyət göstərdiyini bildirib.

İran Atom Enerjisi Təşkilatının sabiq sədri Firudin Abbasi Tehranda Atom Enerjisi Təşkilatının yeni sədrinin təqdim olunması mərasimində İranın nüvə obyektlərindəki fəal sentrifuqaların sayı barəsində deyib: Ümumilikdə İranın nüvə obyektlərində indiyə qədər təxminən 18 min sentrifuqa quraşdırılıb və hazırda fəaliyyət göstərməkdədir.

Atom Enerjisi Təşkilatının sabiq sədri 5%-dən aşağıdan 20%-ə qədər uranın zənginləşdirilməsi barəsində isə əlavə edib: İranın mərkəzində Nətənz obyektində 9 minə yaxın sentrifuqa aparatı 5%-dən aşağı və bu obyektdə, eləcə də Tehranın cənubunda yerləşən Fordo obyektində 700-dən çox sentrifuqa 20% uranı zənginləşdirir.

Abbasi deyib: 20% yanacağın istehsalı və onun yanacaq laylarına çevrilməsi prosesi İranda yerliləşmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu