AfrikaXƏBƏRLƏR

Orduya dəstək üçün əl-Təhrir meydanında yüzlərlə misirli toplaşıb

Yüzlərlə misirli əl-Təhrir meydanında ordunu dəstəkləmək və terrorizm adlandırılan məsələ ilə mübarizə üçün toplaşıb.

üzlərlə misirli cümə gününün ilk saatlarından əl-Təhrir meydanına toplaşıb və orduya dəstək və terrorizm adlandırılan məsələ ilə mübarizə üçün genişmiqyaslı aksiya keçirib.

Aksiyaçılar Misir bayraqları və silahlı qüvvələr baş komandanı Əbdülfəttah əl-Sisinin şəkillərini özləri ilə daşıyıb və əl-Təhrir meydanının əsas mərkəzindən milli musiqi və himnin səsi eşidilir.

Ordunun zirehli avtomobilləri də meydana girişlərin ətrafında yerləşiblər.

Səhiyyə Nazirliyi də toqquşmanın baş verməsini proqnoz edərək meydanın girişlərində bir neçə təcili yardım maşını yerləşdirib.

Misirin silahlı qüvvələri baş komandanı əl-Sisi çərşənbə günü Dəniz və Havadan Müdafiə İnstitutunda tələbələrin məzunu mərasimində misirlilərdən istəyib ki, cümə günü kobudluq və terrorizmlə qarşılaşmada ordunu təsdiqləmək üçün küçələrə axışsınlar.

Mursi tərəfdarları da bu ölkənin müxtəlif meydanlarına toplaşaraq ordunun hərəkətinə qarşı çıxdıqlarını bildirib və Mursinin yenidən iqtidara qayıtmasını dəstəkləyiblər.

Bir Misir rəsmisi deyib: Ordu Müsəlman Qardaşları Hərəkatına bu ölkədəki barışıq prosesinə qoşulmaq üçün 48 saat möhlət verib.

Ötən bir ay ərzində Misirdə 218 nəfər həlak olub, 3 minə yaxın insan da yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu