Tale Bağırov: “Bizim mühakiməmizi yalnız xalq edə bilər”

Hacı Tale bugün məkəmə iclasında qeyd etdiki, Bizim mühakiməmizi yalnız xalq edə bilər. Biz hakimiyyətin məmurlarını qərarını tanımırıq.

Dindar məhbus ilahiyyatçı alim, Hacı Tale Bağırovun Sabunçu rayon məhkəməsində mühakiməsi zamanı deyib: “Mənə işgəncə verən şəxs hal-hazırda məhkəmənin həyətindədir. Onu məhkəməyə gətirilərkən gördüm. Bizim yerimizə o mühakimə olunmalıdır. O şəxslər həm də işgəncələrə dözməyən Kamran Seyidovun intiharına səbəb olub. Biz onların mühakimə olunmasını tələb edirik. Bş Prokuror Zakir Qaralov Orxan Zeynalovun işinə görə Rusiyaya xahiş məktubu yazdı. Amma mənə işgəncə verənlər mühakimə olunmur.”

Tale Bağırovun Sabunçu rayon məhkəməsində mühakiməsi zamanı dindarlar döyülərək, həbs olunublar.
İslamazeri saytının verdiyi məlumata görə, Məhkəmə iclası açıq elan olunsa da, məhkəmədə iştirak etmək istəyənlər zala buraxılmayıb. Məhkəmə qarşısına toplaşan dindarları, polis məhkəmənin həyətindən uzaqlaşdırılıb.
Dindarlar bunun müqabilində məhkəmənin çölündə “Ləbbeyk ya Tale” şüarı ilə aksiya keçiriblər. aksiya zamanı dindarlar döyülərək maşınlara mindirilib. Saxlanılanların sayının 18 olduğu bildirilir. Hal-hazırda məhkəmənin qarşısında çox sayda polis və mülkü geyimli şəxslər var.
Hakim Tale Bağırzadənin məhkəməsini təxirə salıb. Növbəti məhkəməni 31 oktyabr saat 12:00-a təyin edib.
Hacı Tale Bağırovun vəkili Cavad Cavadov məhkəmə iclasında baş verənlərlə bağlı məlumat verib.
Cavad Cavadov qeyd edib ki, “Biz məhkəmə iclasında 2 vəsatət qaldırdıq. Birinci vəsatət o idi ki, Tale Bağırov dəmir barmaqlıqlar arasından çıxarılıb yanımızda olsun və iş bu istiqamətdə davam etsin, ikinci vəsatətimiz də o idi ki, jurnalistlər məhkəmə iclasına buraxılsın və açıq məhkəmə prosesini işıqlandırsınlar. Hakim vəsatətlərimizi qəbul etmədi. Biz hakimin qərarına etiraz etdik. Hakim müşavirəyə getdi və etirazımızıda qəbul etmədi. Bizdə Hacı Tale Bağırovla gördüşdük və bir yerdə qərara aldıq ki, hakim dəyişdirilsin. Çünki bu cür sadə vəsadətləri qəbul etməyən hakimin gələcəkdə işlə bağlı ciddi qərarlar verilərkən qərəzli yanaşacağını düşünürük.

↑
Mobil sürümden çık