AzərbaycanXƏBƏRLƏR

Tale Bağırov Məhkəmə qarşısında: Məhkəmələr formaldır

Bu gün ictimai-dini xadim hicab müafiəçisi Hacı Tale Bağırovun məhkəmə iclası keçirilib.

Bu barədə İslamazeri.az-a ruhaninin vəkili Cavad Cavadov məlumat verib. Cavad Cavadov bildirib ki, “Məhkəmə iclasında Tale Bağırov çıxış etdi. O, belə məhkəmələrin formal xarakter daşıdığını bildirdi. Dedi ki, bizim bundan gözləntilərimiz yoxdur. Tale Bağırov həbs olunma səbəbinə isə haqqsızlığa qarşı səsləndirdiyi tənqidi fikirlərinin olduğunu söylədi.

Vəkilin sözlərinə görə, Hacı Tale Bağırovun barəsində qaldırdığım həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsadətə baxıldı. vəsadət təmin edilmədi. Təbii ki, biz də hakimin qərarından şikayət verəcəyik”.

Qeyd edək ki, məhkəmə iclası saat 10:00-da Nərimanov rayon məhkəməsində keçirilib.

Ruhani Tale Bağırzadəmartın 31-də saxlanıb. T.Bağırzadə həbsindən bir həftə əvvəl Maştağa qəsəbəsindəki “Həzrət Əbülfəzl-Abbas” məscidində xütbə ilə çıxış edərək hakimiyyəti tənqid etmişdi.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu