DünyaXƏBƏRLƏR

Talibanla müzakirə Əfqanıstan dövlətinin başçılığı olmadan rədd edilir

Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstan dövlətinin başçılığı olmadan Taliblərlə hər cür müzakirənin qəbuledilməz olduğunu bildirib.

Avayi-Əfqan Xəbər Agentliyinin verdiyi məlumata görə Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Canan Musa-Zi özünün həftəlik mətbuat konfransında deyib: Talibanla sülh və danışıq prosesi, bir neçə ölkə xüsusilə Amerika və Pakistanın müdaxiləsinin olmasına görə çox mürəkkəb bir əməldir. Amma bütün bunlara rəğmən bu proses sədaqətli formada və Əfqanıstan xalqının mənafelərinin nəzərə alınması ilə həyata keçirilməlidir.

O sonra deyib: Qətər ölkəsində Taliblər üçün siyasi büronun yaradılması prezident Kərzayın istəyinə əsasən olub və bu danışıqların başlanması zamanı da onun istəyinə əsasən həyata keçiriləcəkdir.

Bu əfqan rəsmi öz sözlərinin başqa bir hissəsində deyib: Əfqanıstan dövləti Talibanla müzakirə üçün Əfqanıstan xalqının onillik nailiyyətlərinin qorunması məqsədilə Amerika dövlətindən yazılı öhdəlik alıbdır.

Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Əfqanıstan dövləti İslami İmarət kimi Taliblərə yalançı qanuniliyin verilməsindən çəkinir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu