Talışda tarixi əşya kəşf olunub

Əsalim bölməsində bir kənd evində 3 min ildən çox keçmişə malik 18 ədəd tarixi əşya kəşf olunub.

Talışın hüquq-mühafizə orqanları komandanı mayor Abbas İsmaili deyib: Bu əşyalar saxsı kasa, lövhə, bilərzik, xəncər, çıraq və metal mildən ibarətdir və Əsalim bölgəsində bir kənd evində kəşf olunub.

İsmaili əlavə edib: Mədəni İrs Təşkilatının ekspertləri bu tarixi əşyaların keçmişinin 3 min ildən çox və dəmir dövrünə aid olduğunu bildiriblər.

Talış hüquq-mühafizə qüvvələri komandanının sözlərinə görə, bu sahədə Tehranda da bir nəfər həbs olunub.

Talış şəhərinin 3 min hektarlıq tarixi ərazi və qəbiristanlığı vardır. Ən tanınmış qədim ərazi isə dəmir dövrünə aid 3500 illik Aq Ulər ərazisidir.

Exit mobile version