İslam İnqilabının Böyük Rəhbəri universitetlərdə elmi dialoq, elmi inkişaf dialoqu və ölkənin ümumi inkişafı üzrə dialoqun genişlənməsinə təkid edərək, belə bildiriblər: Elmi inkişaf İranın iqtisadi və siyasi cəhətdən tam güclülüyünün zəmin yaradıcısı olacaqdır.
Farsnews.com-un İslam İnqilabının Böyük Rəhbəri Ofisinin İnternet Portalının verdiyi məlumata görə İranın yüzlərlə universitet müəllimi , universitetlərin elmi heyətlərinin üzvləri və tədqiqatçıları dünən axşam İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin hüzurunda bir iclas təşkil edərək, müxtəlif məsələlər, xüsusilə elmi və universitet mövzularında öz nəzərlərini bildirib, fikir mübadiləsi aparıblar.
Bu görüşün əvvəlində universitet müəllimlərindən 9 nəfər özlərinin təklifləri, tənqidləri və nəzərlərində olduğu mövzuları şərh etdilər və sonra Həzrət Ayətullahülüzma Xamenei çıxış edərək, ölkənin elmi inkişafı tempinin artırılması üçün mücahidət və dayanmadan çalışmanın zərurətinə işarə edərək, belə vurğulayıblar: Elmi inkişaf, İranın iqtisadi və siyasi cəhətdən tam inkişafı habelə beynəlxalq ictimaiyyətdə iranlıların daha artıq izzəti üçün zəmin yaradıcıdır ki, bu hədəfə çatmaq üçün universitetlərdə elmi dialoq, elmi inkişaf dialoqu və ölkənin ümumi inkişafı üzrə dialoqların qorunması və gücləndirilməsinə ehtiyac var.
Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: Statistikalara əsasən İranın son 12 ildəki elmi inkişafı öncə ilə müqayisədə 16 dəfə artıbdır. Və İranda elmi inkişafın artımı dünyadakı orta artım rəqəmindən 13 dəfə çoxdur.
Həzrət Ayətullahülüzma Xamenei universitet müəllimləri, alimləri, tələbələri və ziyalılara xitabən belə vurğulayıblar: Ölkənin elmi hərəkətinin tempinin azalmasına icazə verməyin və, heç bir mane və amilin universitetlərin elmi inkişafının qarşısını almasına icazə verməyin.
İslam İnqilabının Böyük Rəhbəri universitet müəllimlərinin birinin dünyadakı müxtəlif siyasi cəbhələşmələr haqdakı sözlərini təsdiq edərək, belə əlavə ediblər: İddialarının əksinə olaraq, yalnız bir neçə azsaylı və istilaçı Qərb ölkəsindən təşkil olunan inadkarlıq cəbhəsi İslami İran Quruluşu və İran xalqı qarşısında düşməncə sıraya düzülüblər və heç növ sabotajdan, o cümlədən İranın elmi inkişafı qarşısında maneəçilik törətməkdən çəkinmirlər.
Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: Şübhə yoxdur ki, mövcud sanksiyalar və təzyiqlərin bir hissəsi İran xalqının elmi inkişafı və daxildən olan tam güclülüyünün qarşısının alınması məqsədilə tətbiq edilir ki, buna görə də bu prizmadan da elmi inkişaf davam etdirilməlidir.