AsyaDünyaXƏBƏRLƏR

Sionist rejimin sabiq baş naziri altı il həbs cəzası alıb

Təl-Əviv dairə məhkəməsi Sionist İsrail rejiminin sabiq baş naziri Ehud Olmerti altı il müddətinə həbs cəzasına məhkum edib.

O, Yerusəlimdə “Xolilend” məşhur yaşayış komleksinin tikintisinə yardıma görə rüşvət almaqda günahlandırılır. Bu barədə çərşənbə axşamı RİA Novosti xəbər yayıb.

O, Sionist İsrail rejiminin tarixində real həbs cəzası alan ilk hökumət başçısı olub. Sabiq baş nazir Ali Məhkəməyə hökmdən şikayət edə bilməsə, zorlamaya görə həbsdə olan sabiq prezident Moşa Katsavadan sonra ən yüksək rütbəli məmur olacaq.

Olmertin 1990-ci illər – 2000-ci illərin əvvəllərində Yerusəlimin meri postundakı fəaliyyəti ilə bağlı olan “Xolilend işi” onun hökumət başçısı postundan istefasına səbəb olub və siyasi karyerasının bərpa etmək imkanından məhrum edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu