
Rusiyanın xarici işlər naziri Suriyada silahlı toqquşmaların dərhal dayandırılmasını istəyib.
Frans Press-in məlumatına görə, Sergey Lavrov bu gün Ərəb Liqasının baş katibi Nəbil Ərəbi və digər ərəb diplomatları ilə görüşdə artıq iki ildir ki, Suriyada davam edən toqquşmaların dərhal dayandırılmasını istəyib.
S.Lavrov həmçinin xəbərdarlıq edib ki, Suriya böhranı hərbi həll yoluna malik deyil və bu yolun sonu məhvə aparır.
Nəbil Ərəbi və Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmr Moskvada keçirilən Ərəb-Rusiya iclasında iştirak etmək üçün Rusiyaya səfər ediblər.
Bu iclas ilk dəfə olaraq Rusiya, İraq, Livan, Liviya, Küveyt və Misir xarici işlər nazirlərinin iştirakı ilə keçirilir.
Bu iclasda Suriya məsələsi və Suriya böhranı üçün diplomatik həll yolları gündəmə gətirilib.
