İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü- Abbas İraqçı Bakının millətçilərin hərəkətləri ilə mübarizə barədə Tehran qarşısında üzərinə götürdüyü vədlərə əməl etməsi zəruriliyini vurğulayaraq, deyib: Azərbaycan rəsmiləri iki ölkə əlaqələrinin inkişafını əngəlləyən bu hərəkətlərin qarşısını almaq üçün var gücləri ilə səy göstərməlidirlər.
Abbas İraqçı “Səhər” Beynəlxalq Telekanalı müxbirinin Azərbaycan Respublikasında anti-İran millətçi hərəkət və fəaliyyətlər və Amerikanın onları dəstəkləməsi haqdakı sualın cavabında deyib: Mİllətçi amillər tərəfindən həyata keçirilən Azərbaycan Respublikasındakı millətçilik hərəkətləri barədə Azərbaycan rəsmilərindən eşitdiklərimiz bu olubdur ki, bu cür rəftarları rədd edir və özlərini tamamilə bu hərəkətlərdən ayırırlar və deyirlər ki, bu hərəkətləri qəbul etmirik. Zira iki dost və qardaş ölkənin əlaqələrinə zərbə vurur. İran İslam Respublikası da onların sözlərinə inanmaq istəyir. Əgər bu cürdürsə, Azərbaycan rəsmiləri iki ölkə əlaqələrinin inkişafını əngəlləyən bu hərəkətlərin qarşısını almaq üçün var gücləri ilə səy göstərməlidirlər. Biz də daim hər bir ölkədən olursa-olsun, bütün millətçi hərəkətlər qarşısında var gücümüzlə dayanmağa hazırıq.
Abbas İraqçı Bakı rəsmilərinin İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Azərbaycan R-dakı fəaliyyətlərini dayandırmağa çalışmaları haqda isə söyləyib: Daim xeyriyyə işləri görən və Azərbaycan R. xalqının da yararlandığı İmdad Komitəsinin Azərbaycan R-dakı ofisinin fəaliyyəti ilə bağlı hazırda Rəsmi Bakı bu qənaətdədir ki, ölkəsinin iqtisadi məsələləri son dərəcə yaxşıdır və Azərbaycan dövləti öz xalqının bütün ehtiyaclarını təmin edir. Buna görə, İmdad Komitəsinin xalq üçün xeyriyyə işlərinə ehtiyac yoxdur. İran da bu məsələni izləyir ki, məsələ nə ilə nəticələnəcək.
Qeyd edək ki, bu komitə Azərbaycanın iqtisadi çətinliyi zamanı, Qarabağ müharibəsində və ondan sonrakı illərdə Azərbaycan R-nın ehtiyaclılarına dəyərli yardımlar göstərib və bu yardımları Bakı rəsmiləri tərəfindən maneələr yaradılsa da davam etdirir və son illərdə Azərbaycan R. başçılarının qədirbilməzlikləri və qeyri-mehribançılğı ilə üzləşib. Lakin Azərbaycan R. ehtiyaclıları İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin bu ölkədəki fəaliyyətinin davam etməsini istəyirlər.