İranXƏBƏRLƏR

Təbrizli mütəxəssislər yanacaqsız yüngül təyyarə düzəltməyə nail olublar

Təbriz Universitetinin tədqiqatçıları yeni bir layihə üzərində çalışaraq, yanacaqsız son dərəcə yüngül bir təyyarə quraşdırmağa nail olublar.

Layihənin icraçısı Həsən Əkbəri Mehr Xəbər Agentliyi ilə müsahibədə bu təyyarənin çəkisinin 1 kiloqram olduğunu bildirib və deyib: Uçuş zamanı elektrik enerjisi ilə çalışan mühərrik vasitəsilə önə doğru dartma qüvvəsi çəkinin havada 2 dəfə azalmasına səbəb olur.
Təyyarənin iki qanadlarının ucları arasındakı fasilə 1.5 metrdir.

H.Əkbəri daha sonra deyib: Bu təyyarə videokamera və son dərəcə yüksək sürət yığma qabiliyyəti ilə təchiz edilib. Bu da təyyarənin istənilən anda istənilən məntəqədən sürətlə keçib getməsinə imkan verir.

Layihənin icraçısı eniş üçün minimum əraziyə ehtiyac olmasını təyyarənin digər özəlliklərindən adlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu