Tehran iclasının məşvərətləri Cenevrə iclasının bəhslərində təsirlidir

İran XİN-in sözçüsü deyib: Tehran iclası beynəlxalq səviyyədə Suriya barədə keçirilən hər bir iclas və təşəbbüsə kömək edə bilər.

Seyid Abbas İraqçı “Suriya; siyasi həll yolu, regional sabitllik” adlı beynəlxalq konfransın kənarında müxbirlər qarşısında bu iclasın keçirilməsi zamanını münasib adlandıraraq, əlavə edib: Əlaqədar tərəflərin Suriya barədə siyasi həll yoluna catmağa səy etdikləri bir zamanda, Tehran iclası bu sahədə köməkedici ola bilər.

O, Suriya böhranının siyasi yolla həllinə maraqlı olan ölkələrin bu iclasda iştirak etmələrinə işarə edərək, deyib: Tehran iclasının məşvərətləri Suriya böhranının həlli üçün siyasi həll yoluna çatmağa kömək edə bilər və ümid edirik ki, bu məşvərətlər Cenevrə iclasının bəhslərində təsirli olacaq.

↑
Mobil sürümden çık