DünyaXƏBƏRLƏR

Terrorçular İmam Hüseyn (əs) zəvvarlarından 70 nəfərini zəhərləndiriblər

İraqda teerorçular tərəfindən zəhərlənmiş qida vasitəsi ilə xəstələnən zəvvarların sayı 70 nəfərə çatıb.

Bundan öncə də İraq təhlükəsizlik mənbələri İraqın cənubunda yerləşən Kərbəla şəhərində terrorçular tərəfindən paylanan zəhərli qidaların istehlakı səbəbindən 45 nəfərin zəhərlənməsi barədə məlumat vermişlər.
Cümə axşamı günü (19 dekabr) isə terrorçular bir avtomobildən istifadə edərək, İmam Hüseyn (əs) əzadarları arasında korlanmış qida paylayıblar.
İraq təhlükəsizlik qüvvələri ötən çərşənbə axşamı təkid ediblər ki, İmam Hüseyn (əs) zəvvarları kitab, konservləşdirilmiş qida maddələri, zahiri tibbi kəmərlər olan partlayıcı kəmər hədiyylərini almaqdan ciddi şəkildə çəkinsinlər.
Hər il şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn (əs) ərbəini günü münasibəti ilə, milyonlarla zəvvar İraqın daxil və xaricindən Kərbəlaya gələrək, şəhidlər ağası İmam Hüseyn (əs)-ın şəhadəti münasibəti ilə qan yaş ağlayaraq əzadarlıq edirlər.
Miladi tarixlə 2013-cü il 23 dekabr və hicri qəməri tarixi ilə 1435-ci il 20 səfər İmam Hüsey (sə)-ın ərbəin yaxud şəhədətinin qırxıncı gününə təsadüf edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu