İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.
Hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib.
Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.